Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb


Dünya 01 Mar 2021 09:57:00 160 0

Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə rəsmi səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

Son.az APA-ya istinadən bildirir ki, görüş bir neçə dəqiqə öncə Tbilisidə Orbeliani sarayında  başlayıb.

Görüşdən sonra media üçün ortaq açıqlama verilməsi planlaşdırılır.

Qeyd edək ki, Ş. Mişelin Salome Zurabişvili ilə görüşdən sonra təmas xəttini ziyarət etməsi və vəziyyətlə yerində tanış olması planlaşdırılıb.

Bundan başqa, o, Aİ nümayəndəliyinin Tbilisidə yeni ofisinin açılışında iştirak edəcək, həmçinin müxalifət partiyalarının liderləri ilə görüşəcək.