Filippində koronavirusa qarşı vaksinasiya başlayıb


Dünya 01 Mar 2021 09:05:00 132 0

Filippində koronavirusa qarşı vaksinasiya başlayıb

Filippində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya kampaniyası başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, vaksinasiya kampaniyası çərçivəsində Çin istehsalı olan "CoronVac" peyvəndlərindən istifadə edilir.

Bildirilir ki, ölkədə koronavirusa qarşı ilk Filippin Baş Xəstəxanasının rəhbəri Herardo Leqaspi peyvənd olunub.