Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb


Dünya 01 Mar 2021 07:22:00 114 0

Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 66 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 569 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 8 424 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 701 588 nəfərə çatıb.