59 yaşlı məşhur teleaparıcının sağlamlıq sirri Cavanlıq içkisi FOTO


Digərləri 28 Fev 2021 23:21:00 313 0

59 yaşlı məşhur teleaparıcının sağlamlıq sirri  Cavanlıq içkisi  FOTO

Rusiyanın sovet dövründən tanınmış aparıcısı 59 yaşlı Yekaterina Andreyeva illər keçsə də eyni sima və bədən formasını qoruması ilə diqqəti çəkir.

Son.az xəbər verir ki, pandemiya dövründə aparıcı sağlamlıq və gözəllik sirlərini instagramda bölüşməyə başlayıb.

Noyabrda 60 yaşı olacaq Yekaterinanın üzündə qırışlar belə yoxdur.

Aparıcı səhərlər gün ərzində ona enerji verən yaşıl içkisinin reseptini bölüşüb. Kokteylə ispanaq, fenxel, şüyüd, kahı, çikuni və steviya şərbəti daxildir. Stevia şəkər əvəzi istifadə edir.

Yorğunluq və stresdən qurtulmaq üçünsə o maraqlı texnikanı paylaşıb.

Çiyinlərinə 10 kq-lıq ağırlıqda torba alıb oturma hərəkətləri edir. Bu zaman onurğanın yuxarı hissəsi və çiyinlərə yığılan neqativ yük atılır.