Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər


Digərləri 28 Fev 2021 22:40:00 143 0

Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər

Dəri problemlərinin birbaşa qidalanma ilə əlaqəli olduğunu söyləmək olmaz. Onun quru və ya yağlı olması hormonal xəstəliklərin də əlaməti ola bilər.

Son.az xəbər verir ki, bu barədə Rusiya Milli Dietoloqlar Dərnəyinin üzvü Nataliya Kruqlova danışıb.

"Bəzən yalnız irsi amillər, bəzən də hormonal balansın pozulması səbəbindən dərinin yağlılığı artır. Bunun birbaşa pəhrizdən asılı olduğunu deyə bilmərik. Çünki bu, hər kəs üçün keçərli deyil. Elə xəstələr var ki, balanslı qidalanmaya diqqət yetirməsinə, rasiondan artıq yağlar və sadə karbohidratları çıxarmasına baxmayaraq, nəticələr dəriyə təsir etmir.

Hər halda qidalanmanı normallaşdırmaq və pəhrizdəki heyvan mənşəli yağların miqdarını azaltmaq lazımdır. Sağlam qidalanmaya diqqət yetirin, daha çox tərəvəz, göyərti, meyvə, tam taxıl çörək, tərkibində A və E vitaminləri olan qidalar qəbul etmək lazımdır, lakin şirniyyat və sadə karbohidratlar məhdud olmalıdır. Tərkibində doymuş yağlar çox olduğu üçün kolbasalardan da imtina etməyə dəyər", - həkim açıqlamasında bildirib.

Dermatoloq Yekaterina Vertiyeva isə quru, normal və yağlı dərinin genetik olaraq miras qaldığını vurğulayıb: "Yağlı dəri də iki növə malikdir: adi yağlı, nəmsiz yağlı. Bu, tez-tez quru ilə səhv salınır, odur ki, lazımi dərəcədə baxılmır.