Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb


Dünya 28 Fev 2021 21:59:00 125 0

Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 035 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 176 554 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 144 nəfər, hazırkı dövrədək isə 122 849 nəfər vəfat edib.