Məşhur model səpkili üzünə bu məcunu sürtür Həkimlər şokda


Digərləri 28 Fev 2021 21:00:00 131 0

Məşhur model səpkili üzünə bu məcunu sürtür  Həkimlər şokda

25 yaşlı məşhur model Gigi Hadid sosial şəbəkədə dəriyə qulluq və üzdəki qara nöqtələri necə yox etdiyini deyib.

"Mən düz iltihab yerinin üstünə dış məcunu sürtürəm və o, quruyur. Bunu dediymə görə cəhənnəmə düşə bilərəm, ancaq bu, mənim üsulumdur".

Son.az bildirir ki, Nyu-Yorklu dermatoloq Haydi Uoldorf Hadidin dediyi üsulun nəinki qeyri-effektiv olduğunu, həmçinin iltihab yarada və sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. O, bunu diş məcunlarının tərkibində natrium lauril sulfat kimi maddələrin, həmçinin dərini qıcıqlandıran florid və soda olduğu ilə əlaqələndirib.

Bundan əlavə, mütəxəssisin fikrincə, natrium lauril sulfat təbii yağ və zülal baryerini dərinin səthindən təmizləyir, bu da dəri yağının daha aktiv ifrazına gətirir, nəticədə yeni sızanaqların yaranmasını təhrik edir.

Bunun əvəzinə, həkim salisil turşusu məhsullarının istifadəsini məsləhət görüb. Belə məhsullar bakteriyalar, viruslar və göbələklərlə mübarizə aparır, həmçinin sebum istehsalına nəzarət edir. /medicina.az