Qara gavalı bağırsağın xərçəng şişindən müdafiəsini yaxşılaşdırır


Digərləri 28 Fev 2021 20:55:00 136 0

Qara gavalı bağırsağın xərçəng şişindən müdafiəsini yaxşılaşdırır

Qara gavalı qurusunun müntəzəm istifadəsi bağırsağın fəaliyyətini yaxşılaşdırır və xərçəng də daxil olmaqla onu xəstəliklərdən qoruyur.

Xarici diyetoloqlar Erin Kenni və Ceymi Miller "Shape" portalında qara gavalının bağırsaq sistemi üçün faydalarından bəhs edilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu quru meyvə bağırsaqların peristaltikasına və boşalmasına müsbət təsir edir.

"Quru gavalı qəbizliyin qarşısını alan yüksək sellüloz tərkibli məhsuldur. Bu quru meyvənin tərkibi, həmçinin sorbitol və xlorogen turşusu ilə zəngindir", - deyə ekspertlər izah edirlər.

Alimlər quru gavalının bağırsağın xərçəng şişindən müdafiəsini yaxşılaşdırmasını onun tərkibindəki mikroelementlərin antioksidan təsiri ilə əlaqələndirirlər. Bundan əlavə, quru gavalı hüceyrələri zədələyərək bədxassəli törəmələrin artmasına səbəb olan iltihab prosesinin azalmasına da kömək edir.