"Çox yatmaq insulta səbəb ola bilər" XƏBƏRDARLIQ


Digərləri 28 Fev 2021 20:35:00 113 0

"Çox yatmaq insulta səbəb ola bilər"  XƏBƏRDARLIQ

Rusiyalı kardioloq Filip Kopılov müntəzəm olaraq səkkiz saatdan çox yatan insanlarda insult riskinin daha çox olduğunu deyib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Moskva" Şəhər Xəbər Agentliyi məlumat yayıb.

"Standart yuxu yeddi-səkkiz saat arasındadır. Əgər göstərici dəyişərsə, bu, insult riskinin artması ilə əlaqədardır" - deyə həkim bildirib.

Onun sözlərinə görə, çox yatmağın niyə insulta gətirib çıxaracağına dair birmənalı açıqlama yoxdur:

"Ancaq həqiqətən çox uzun və ya çox az yatan xəstələrdə insult riskinin artması müşahidə olunur".