İranda ötən sutka ərzində daha 93 nəfər koronavirusdan öldü


Dünya 28 Fev 2021 17:43:00 119 0

İranda ötən sutka ərzində daha 93 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 93 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60073 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8010 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1631169 nəfərə çatıb. Virus daşıyıcılarından 3732 nəfərin vəziyyəti ağır qiymətləndirilir.