Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyonu keçdi


Dünya 28 Fev 2021 18:02:00 83 0

Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyonu keçdi

Dünyada koronavirusdan ölənlərin sayı 2.538.469 nəfər olub. Virusa yoluxanların ümumi sayı 114.427. 110 nəfər, virusa qalib gələrək, sağalanların sayı isə 89. 976. 845 nəfər olub.

Hazırda dünya ölkələrində koronavirusla bağlı son vəziyyət aşağıdakı kimidir.

Son.az musavat.com-a istinadən bildirir ki, ABŞ-da virusa yoluxanların sayı 30 milyona yaxınlaşıb - 29.202.824 nəfər. Virusdan dünyasını dəyişənlərin sayı isə 525 min nəfərə çatıb. Ölkədə virusun bir neçə ştammının yayılması nəticəsində virusdan dünyasını dəyişənlərin də sayı sürətlə artmaqdadır. Rəsmilər sürətli vaksinasiya prosesinə keçmək üçün müxtəlif addımlar atsa da, mövcud vəziyyəti tənzimləmək hələlik çətin görünür.

Vəziyyət ilə bağlı ABŞ Prezidenti Cozef Bayden sələfi Donald Trampın ölkədə yeni növ koronavirusun yayılması ilə əlaqədar tətbiq etdiyi fövqəladə rejimin müddətini uzatma qərarına gəlib. Prezident bu haqda imzaladığı fərmanda qeyd edib ki, pandemiya ictimaiyyətin sağlamlığı və ölkənin təhlükəsizliyi üçün ciddi risk yaratmaqda davam edir. Buna görə də fövqəladə vəziyyət rejimi 1 mart 2021-ci il tarixindən sonra da davam etdirilməlidir. Fövqəladə vəziyyət rejiminin müddətinin nə vaxtadək uzadılması hələlik açıqlanmayıb. Virusun bir neçə ştammının ortaya çıxdığı Braziliyada isə virusdan dünyasını dəyişənlərin sayı 254.263 nəfər olub. Ölkədə bu günə qədər 10,5 milyondan çox insanda koronavirus aşkarlanıb. Avropa ölkələrinin bir qismi artıq mart ayından etibarən sərt karantin rejimindən çıxmağa hazırlaşır. Yunanıstanda fevralın 11-dən elan edilən "sərt qapanma" tədbirləri bu gün başa çatır. Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ölkədə koronavirusa yoluxma sayının sürətlə artması səbəbindən yenidən sərt karantin rejimi ilə bağlı qərar qəbul etmişdi. Qeyd edək ki, Yunanıstanda bu günə qədər 190 minə yaxın insanda koronavirus aşkarlanıb ki, onların da 6,4 min nəfəri dünyasını dəyişib.

Almaniya da martın 1-dən etibarən karantin rejimində bəzi yumşaldılmalar edəcək. Belə ki, artıq bir neçə aydır ki, fəaliyyət göstərməyən bərbər və gözəllik salonları yenidən xidmətə başlayacaq. Ölkənin Bavariya və Saksoniya vilayətlərində isə kiçik marketlər və gül dükanları da fəaliyyətini bərpa edəcək. Almaniyada bu günə qədər 2,4 milyondan çox insanda koronavirus aşkarlanıb ki, onlardan da 70,5 min nəfərdən çoxu xəstəlikdən dünyasını dəyişib. İngiltərədə isə bir neçə gündür ki, gündəlik virusa yoluxanların sayı qismən azalmağa başlayıb. Bu səbəbdən ölkənin Baş naziri Boris Conson 8 martdan etibarən sərt karantin rejiminin mərhələli formada başa çatacağını bildirib. İlkin mərhələdə, yəni 8 martda məktəblərdə ənənəvi tədrisin bərpa olunacağını vurğulayan Conson? ikinci mərhələnin isə küçəyə çıxma qadağasının götürülməsi olacağını söyləyib. Qeyd edək ki, İngiltərədə bu günə qədər 4,1 milyondan çox virusa yoluxma halı aşkarlanıb, 123 minə yaxın insan virusdan dünyasını dəyişib.

Neftçalada inzibati binada yanğın olub like
  • 28 Fev 17:56  
Digərləri Neftçalada inzibati binada yanğın olub

Neftçala rayonunda ümumi sahəsi 354 m² olan birmərtəbəli inzibati binanı

arrow Ətraflı
Ermənistan Prezidentinə qarşı impiçment proseduruna başlanır like
  • 28 Fev 17:54  
Dünya Ermənistan Prezidentinə qarşı impiçment proseduruna başlanır

Ermənistan parlamentindəki hakim "Mənim addımım" fraksiyası tər

arrow Ətraflı
Tovuzda ev yandı: like
  • 28 Fev 17:49  
Digərləri Tovuzda ev yandı:

Tovuz rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəl

arrow Ətraflı
İranda ötən sutka ərzində daha 93 nəfər koronavirusdan öldü like
  • 28 Fev 17:43  
Dünya İranda ötən sutka ərzində daha 93 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 93 nəfər yeni növ koronavirusdan (COVID-19) ö

arrow Ətraflı
"Prezidentin keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi" like
  • 28 Fev 17:36  
Siyasət "Prezidentin keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi"

Azərbaycan Prezidentinin xarici və yerli media bümayəndələrinə geniş vid

arrow Ətraflı
İspanaqli pendirli çox dadli börək resepti like
  • 28 Fev 17:30  
Digərləri İspanaqli pendirli çox dadli börək resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Gürcü ekspert: “Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib” like
  • 28 Fev 17:13  
Siyasət Gürcü ekspert: “Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib”

Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdi

arrow Ətraflı
Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq  VİDEO like
  • 28 Fev 17:02  
Digərləri Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq VİDEO

Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.

arrow Ətraflı
"Dövlət başçısının bu sərt iradı daxili və xarici düşmənlər üçün soyuq duş effekti olub" like
  • 28 Fev 16:58  
Siyasət "Dövlət başçısının bu sərt iradı daxili və xarici düşmənlər üçün soyuq duş effekti olub"

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün k

arrow Ətraflı
"Kürk geyinirsinizsə, vicdan probleminiz var" like
  • 28 Fev 16:55  
Digərləri "Kürk geyinirsinizsə, vicdan probleminiz var"

Türkiyəli aktrisa Burçin Terzioğlu kürk geyinənlərə sərt reaksiya verib

arrow Ətraflı
Türkiyə yenə təəccübləndirdi  VİDEO  FOTO like
  • 28 Fev 16:50  
Dünya Türkiyə yenə təəccübləndirdi VİDEO FOTO

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib.

arrow Ətraflı
Qəzetdə elan verərək evləndiyi varlı kişiləri öldürən “Qara Dul” ləqəbli qadın like
  • 28 Fev 16:44  
Dünya Qəzetdə elan verərək evləndiyi varlı kişiləri öldürən “Qara Dul” ləqəbli qadın

Amerika tarixinə ən qəddar serial qatil kimi düşən Belle Gunnes " Bla

arrow Ətraflı
İran səfiri Türkiyə XİNə çağırıldı like
  • 28 Fev 16:39  
Dünya İran səfiri Türkiyə XİNə çağırıldı

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər

arrow Ətraflı
Bolqarıstanda bir gündə koronavirusdan 167 nəfər öldü like
  • 28 Fev 16:37  
Dünya Bolqarıstanda bir gündə koronavirusdan 167 nəfər öldü

Bolqarıstanda sutka ərzində koronavirusa 1079 yeni yoluxma halı baş verib.

arrow Ətraflı