Qəzetdə elan verərək evləndiyi varlı kişiləri öldürən “Qara Dul” ləqəbli qadın


Dünya 28 Fev 2021 16:44:00 125 0

Qəzetdə elan verərək evləndiyi varlı kişiləri öldürən “Qara Dul” ləqəbli qadın

Amerika tarixinə ən qəddar serial qatil kimi düşən Belle Gunnes " Black Widow" (Qara dul) ləqəbi ilə xatırlanır. 

Belle Gunnes 1859-cu ildə Norveçdə dünyaya gəlib. Bir zərgərin qızı olan Belle gənc yaşlarında sərvət axtarışına çıxmağa qərar verib. Pul qazanmağın asan yollarını axtaran Belle ağlasığmaz üsullara əl atıb. Serial qatil olan Belle Gunness varlanmaq arzusu ilə Norveçdən ABŞ-a köç edib. Amerikaya köç etdikdən sonra qəzetdə özünün tənha olduğunu və bir norveçli ər axtardığı elanını verdirib. Belle onunla ailə qurmaq istəyən kişilər arasında ən varlı olanını seçərək evlənib. Evlilikdən bir müddət sonra həyat yoldaşlarını zəhərləyərək öldürüb, evin həyətində basdırdıb.

Son.az musavat.com-a istinadən bildirir ki, bu sistemlə o, ölən kişilərin mirasına sahib olub. Belle adlı serial qatilin rəsmi olaraq 14 cinayəti sübut olunub. Lakin onun 100-dən çox cinayətlərdə əli olduğu iddia olunur.

Onun ilk qurbanı birinci həyat yoldaşı Mad Sorenso olub. 1884-cü ildə beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Mad Sorenso elə oradaca vəfat edib. 1901-ci ildə evləndiyi digər həyat yoldaşı və qızını da öldürüb. 1908-ci ildə evləndiyi növbəti qurbanlardan birinin qardaşı Belledən şübhələnməyə başlayıb. Bu ərəfədə də Bellenin meşəlik bir ərazidə tikdirdiyi evlərindən biri yanıb. Ev yanıb kül olan zaman evdə 4 skelet tapılıb. Yanğından sonra ətraf ərazilərdən digər qurbanların da cəsədləri tapılaraq çıxarılıb.

Bu hadisənin ardından Belle müəmmalı bir şəkildə ortadan yox olub. Yanğın hadisəsindən sonra həbs edilən Bellenin köməkçisi Ray Lampere bütün cinayətlər haqqında etiraflar edib. O, Bellenin qəzetdə elan verərək varlı kişilərlə evlənib, sonra onları öldürməsi barədə bütün detalları istintaqa danışıb.

Qeyd edək ki Belle Gunness Amerika tarixində ən dəhşətli cinayətkarlardan sayılır. O, yüzdən çox cinayət törətməsinə baxmayaraq heç bir zaman həbs edilməyib. Hətta yanğın hadisəsindən sonra ortadan yox olan Bellenin ömrünün sonuna qədər tapılması mümkün olmayıb. Onun harada və necə vəfat etməsi ilə bağlı da məlumat yoxdur.

Amerika tarixinə ən qəddar serial qatili kimi düşən Belleyə ləqəb də qoyulub. Amerikalılar onu " Black Widow" (Qara dul) deyə xatırlayır.