"Prezidentin keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi"


Siyasət 28 Fev 2021 17:36:00 71 0

"Prezidentin keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi"

Azərbaycan Prezidentinin xarici və yerli media bümayəndələrinə geniş videokonfransı öz təcavüzkar iddialarından hələ rəsmi imtina etməyən Ermənistanla informasiya müharibəsində Azərbaycanın mövqelərini daha da möhkəmləndirən hadisə oldu.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, mətbuat konfransında hazlrlıqlı jurnalistlərin saysız sualları xüsusən də xarici informasiya məkanında Azərbaycana və onun liderinə yüksək marağın bir an da olsa zəifləmədiyini və yüksək olaraq qaldığını nümayiş etdirdi: "Prezident İlham Əliyevin təfsilatlı, arqumentli, məntiqli və sadə cavabları Azərbaycan həqiqətlərinin qlobal təqdimatında keyfiyyətcə yeni səhifə açdı.Prezidentin media konfransı Vətən müharibəsi günlərində tanınmış əcnəbi televiziyalara 30-dan çox müsahibəsinin məzmun və keyfiyyətcə davamıdır. İlham Əliyevin müharibə günlərindəki müsahibələri və son videokonfransı müxtəlif hədəflərə yönəlməklə Azərbaycan dövlətinin vahid mənafelərinin təmin edilməsində müstəsna rol oynadı. Prezident Əliyevin müharibə günlərində xarici TV-lərə çoxsaylı müsahibələrinin strateji məqsədi bütün dünyanı təcavüzkar Ermənistanın kapitulyasına hazırlamaq idisə, videokonfrans cavabları müharibədən sonrakı reallıqların dünyaya tanıdılmasında müstəsna əhəmiyyətli mərhələ açdı".

Baş redaktor deyib ki, Prezident müxtəlif təyinatlı əcnəbi jurnalistlərin suallarını onları ölkəmiz haqda həm maarifləndirən, həm də islah edən səviyyədə cavablandlrdı: "Azərbaycan prezidentinə verilən suallar dünya üzrə irticaçı erməniçilik ideologiyasının hələ sonadək məhv edilmədiyini və yenidən dirçəlmək üçün fürsət axtarışında olduğunu aydın şəkildə göstərdi. Prezident İlham Əliyev bunu çox həssas və uzaqgörənliklə tutaraq Ermənistanın təcavüz ortaqlarına və gələcəyə yönəlik bir sıra təsirli mesajlar verdi .

Prezident çox inandırıcı səviyyədə sübut etdi ki, bu gün Ermənistanı bir dövlət kimi məhv edən problemlər onun Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticəsidir.Azərbaycan prezidenti erməni dövlətçiliyinin sivil mövcudluq və inkişaf yolları barədə düşünənlərə ən real istiqaməti göstərdi- ya Azərbaycanla beynəlxalq hüquqa və tarixi ədalətə uyğun davranmaqla rifah yoluna çıxmaq, ya da hələ tam ortadan qalxmamış regional tupikdə məhv olmaq". Ekspert deyib ki, Prezidentin Ermənistanda militarist revanşa hazırlaşan qüvvələrə unikal mesaji iki cəhətdən güclü təsirə və strateji əhəmiyyətə malikdir: "Ermənistanda hər kəsə aydın deyildi ki, 10 noyabr razılaşmasından kənara çəkilmələr " dəmir yumruğun" yenidən qalxması və Rusiya kimi strateji xilasedicinin tam itirilməsi demək olacaq. Prezidentin cavabları postmüharibə reallıqlarının xüsusilə böyük dövlətlərə təqdimatında mühüm rola malikdir.Azərbaycan lideri "qələbə topunu" bir vaxtlar Azərbaycanı məğlubiyyətlə barışmağa çağıran dövlətlərin əllərindən çox məharətlə aldığını nümayış etdirdi.Başqa sözlə desək, Əliyev bir vaxtlar Azərbaycanı məğlub tərəf sayaraq onun başını yerə basmağa çalıçanların silahini onların özlərinə qarşı çevirdi.Prezident " qalib ölkə olaraq Azərbaycanın yaratdığı reallıqlarla barışmalısınız " məntiqinə söykənərək bəzi ədalətsiz dünya qüvvələrinə unudulmaz dərs verdi.İlham Əliyev Azərbaycanın regionda yeni geosiyasi reallıqlar yaratmaq siyasətini o qədər detallı izah etdi ki, oxşar problem yaşayan istənilən dövlət və xalq ondan bəhrələnə bilər.Azərbaycan prezidenti illərlə süni uzadılan mübaqişələrin təkbaşına uğurla həllinin platformasını təqdim etdi .Bütün dünya gördü ki , təzyiqlər qarşısında liderin əyilməz iradəsi, güclü ordu, sabit iqtisadiyyat və ictimai birlik varsa münaqişə vəziyyətində olan istənilən ölkə çətin reallıqları Azərbaycan kimi öz xeyrinə dəyişə bilər.

Prezident postmüharibə dövründə regional təkanverici inkişaf və təşəbbüskarlıq mərkəzinin yenə də Azərbaycan olacağını qətiyyətlə nümayiş etdirdi. Azərbaycan prezidenti təcavüzkar və faşist mahiyyətdə Ermənistan dövlətinin region və bütün dünya üçün böyük təhlükə mənbəyi olduğuna qəti inam yaratdı.Prezidentin cavabları Ermənistanda faşizmi yenidən dövlət siyasətinə çevirmək səylərinə qarşı beynəlxalq çoxtərəfli alyansın təçəkkül prosesini xeyli sürətləndirəcək.

Azərbaycan prezidenti Türkiyə ilə qardaşlıq və müttəfiqliyin yalnız müharibə dövrünə hesablandığını və müharibədən sonra pozulacağını güman edənlərin dərindən yanıldıqlarını da sübut etdi.

Dünya ictimaiyyəti Azərbaycanın dağılmış ərazilərinin bərpa və inkişafında möhkəm iradə və mükəmməl proqramlara malik olduğunu bir daha eşitdi.

Prezident Əliyev qalib gəldiyimiz Qarabağ müharibəsindən sonra dünyanın şahid olacağı iki böyük mübarizənin də anonsunu verdi-ərazilərimizin bərpası naminə əmək və erməni faşizminin vəhşiliklərinə qarşı beynəlxalq cinayət məhkəmələrində hüquqi mübarizə cəbhələri".

İspanaqli pendirli çox dadli börək resepti like
  • 28 Fev 17:30  
Digərləri İspanaqli pendirli çox dadli börək resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Gürcü ekspert: “Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib” like
  • 28 Fev 17:13  
Siyasət Gürcü ekspert: “Qarabağda Azərbaycan xalqına məxsus hər şey məhv edilib”

Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdi

arrow Ətraflı
Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq  VİDEO like
  • 28 Fev 17:02  
Digərləri Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq VİDEO

Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.

arrow Ətraflı
"Dövlət başçısının bu sərt iradı daxili və xarici düşmənlər üçün soyuq duş effekti olub" like
  • 28 Fev 16:58  
Siyasət "Dövlət başçısının bu sərt iradı daxili və xarici düşmənlər üçün soyuq duş effekti olub"

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün k

arrow Ətraflı
"Kürk geyinirsinizsə, vicdan probleminiz var" like
  • 28 Fev 16:55  
Digərləri "Kürk geyinirsinizsə, vicdan probleminiz var"

Türkiyəli aktrisa Burçin Terzioğlu kürk geyinənlərə sərt reaksiya verib

arrow Ətraflı
Türkiyə yenə təəccübləndirdi  VİDEO  FOTO like
  • 28 Fev 16:50  
Dünya Türkiyə yenə təəccübləndirdi VİDEO FOTO

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib.

arrow Ətraflı
Qəzetdə elan verərək evləndiyi varlı kişiləri öldürən “Qara Dul” ləqəbli qadın like
  • 28 Fev 16:44  
Dünya Qəzetdə elan verərək evləndiyi varlı kişiləri öldürən “Qara Dul” ləqəbli qadın

Amerika tarixinə ən qəddar serial qatil kimi düşən Belle Gunnes " Bla

arrow Ətraflı
İran səfiri Türkiyə XİNə çağırıldı like
  • 28 Fev 16:39  
Dünya İran səfiri Türkiyə XİNə çağırıldı

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər

arrow Ətraflı
Bolqarıstanda bir gündə koronavirusdan 167 nəfər öldü like
  • 28 Fev 16:37  
Dünya Bolqarıstanda bir gündə koronavirusdan 167 nəfər öldü

Bolqarıstanda sutka ərzində koronavirusa 1079 yeni yoluxma halı baş verib.

arrow Ətraflı
Zürafəni öldürüb ürəyini çıxaran qadın qalmaqala səbəb oldu  FOTO like
  • 28 Fev 16:31  
Dünya Zürafəni öldürüb ürəyini çıxaran qadın qalmaqala səbəb oldu FOTO

Cənubi Afrikada yaşayan Merelize Van Der Merwe adlı bir qadın zürafə ürə

arrow Ətraflı
“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur like
  • 28 Fev 16:24  
Digərləri “Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur

Sosial Xidmətlər Agentliyinin "Qocalar evi" kimi tanınan Ahıl Şə

arrow Ətraflı
Tuba Büyüküstün tanınmaz halda  FOTO like
  • 28 Fev 16:11  
Digərləri Tuba Büyüküstün tanınmaz halda FOTO

Türkiyəli aktrisa Tuba Büyüküstün baş rolunu canlandırdığı "Sefi

arrow Ətraflı
Dağıstanda polis maşını qəzaya uğradı: like
  • 28 Fev 15:58  
Dünya Dağıstanda polis maşını qəzaya uğradı:

Dağıstanda sudaşıyan avtomobil polis maşını ilə toqquşub.

arrow Ətraflı
İmtahanı başa çatdı, 1 nəfər xaric edildi like
  • 28 Fev 15:54  
Digərləri İmtahanı başa çatdı, 1 nəfər xaric edildi

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistratura

arrow Ətraflı
4 fərqli ölkəyə casusluq edən tarixin ən maraqlı agenti  FOTO like
  • 28 Fev 15:45  
Dünya 4 fərqli ölkəyə casusluq edən tarixin ən maraqlı agenti FOTO

Nasistlər, İngiltərə, Qərbi Almaniya və SSRİ-nin casusu olan Heinz Felfe

arrow Ətraflı