Əhali banklardakı əmanətlərini geri çəkir


Digərləri 28 Fev 2021 14:04:00 148 0

Əhali banklardakı əmanətlərini geri çəkir

2021-ci ilin yanvar ayı üzrə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 23 milyard 189,3 milyon manat təşkil edib.

2020-ci ilin yanvar ayı ilə müqayisədə depozit və əmanətlərin həcmi 6,6 faiz azalıb.

Belə ki, vəsaitlərdən 8 milyard 202,9 milyon manatı fiziki şəxslərin əmanətlərini, 1 milyard 833,4 milyon manatı maliyyə təşkilatlarının, 13 milyard 153 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Son.az oxu.az-a istinadən bildirir ki, ötən ilin yanvar ayı ilə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 5,2 faiz artsa da, qeyri-maliyyə qurumlarında depozitlərinin həcmi 9,3 faiz azalıb.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nəzərən 4,5 faiz azalaraq 8 milyard 202,9 milyon manat təşkil edib. Onların əmanətlərinin 49,3 faizi milli valyutada (4 milyard 47,5 milyon manat), 50,7 faizi isə xarici valyutada (4 milyard 155,4 milyon manat) olub.