“Paşinyan yaxın günlərdə ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək...”


Dünya 28 Fev 2021 14:36:00 130 0

“Paşinyan yaxın günlərdə ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək...”

Ermənistan yaxın zamanlarda hərbi çevrilişdən sonra tamam başqa siyasi düzəndə yuxudan oyanacaq.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu ötən gün fevralın 27-də "Komsomolskaya pravda" radiosunun efirində LDPR lideri Vladimir Jirinovski deyib.

Rusiya Dövlət Dumasının vitse-spikeri hesab edir ki, Ermənistanda indi ən ağır ictimai-siyasi böhran yaşanır. Parlamentin iclasını da keçirmək mümkün olmur, çünki indiki baş nazir Nikol Paşinyanın fraksiyası iclasa gəlmir.

Jirinovski qeyd edib ki, bu gün Yerevanda dəyimir masa arxasında dialoq mümkün deyil. Onun sözlərinə görə, Ermənistan şərqdə, Qafqazda yerləşir, orada isə bütün problemləri güc yolu ilə həll edirlər. Rusiyalı siyasətçini təxmin edir ki, yaxın bir neçə gündə baş nazir Paşinyan ya xaricə qaçmalı olacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Jirinovski Ermənistanda köklü siyasi islahatların qaçılmaz olduğunu deyib.

Jirinovski bundan əvvəl Ermənistanın Yerevan quberniyası statusunda zorla Rusiyanın tərkibinə daxil edilməsinə çağırmışdı.