Rusiyada koronavirusdan daha 379 nəfər öldü


Dünya 28 Fev 2021 14:43:00 121 0

Rusiyada koronavirusdan daha 379 nəfər öldü

Rusiyada son sutka ərzində daha 11 359 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 4 246 079 nəfərə çatıb.

Son sutka ərzində 379 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 86 122 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır.