“İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi”


Siyasət 28 Fev 2021 13:05:00 63 0

“İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi”

Xocalı soyqırımını heç kəs unutmamalıdır. Biz bu faciənin baş vermə səbəbini anlamalıyıq. Bunun səbəbi Azərbaycan və erməni xalqı arasındakı münaqişə deyil. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbə ilə əslində erməni xalqını da azad etmiş oldu.

Son.az APA-ya istinadən bildirir ki, bunu rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

M. Şevçenko deyib ki, ermənilər nə vaxtsa bunu anlayacaqlar: "Mənə elə gəlir ki, artıq anlamağa başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar müharibə etməməlidirlər. Düşünməməlidirlər ki, burada Strabon, Heredot dövründə kim yaşayıb. Onlar ticarət, həyatlarını yaxşılaşdırmaq haqqında düşünməlidirlər. Sərhədləri açmalıdırlar. Milliyyətçilikdən əl çəkməlidirlər".

Rusiyalı jurnalist qeyd edib ki, İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi: "Mən bu hadisədən sonra Gəncədə, "Skad" raketlərinin düşdüyü yerdə oldum. Raketin atıldığı yerdə heç bir hərbi obyekt yox idi. Bu, dinc əhalini məhv etmək üçün atılmışdı. Bu raketi atanlarla Xocalını törədənlər eyni adamlardı. Gəncə terroru Xocalının davamı idi. Nə qədər ki, Rusiyada, Ermənistanda, Avropada, Qərbdə olan məlum milliyyətçi qüvvələr layiqli qiymətini almayacaq, bunun davam olacaq. Əziz azərbaycanlılar, biz Rusiya xalqının nümayəndələri, dünyanın sağlam düşüncəli insanları sizinləyik, nasimzə, rasizmə qarşı mübarizədə sizinləyik. Ona görə də, Xocalı yaddaşı sadəcə kədərli gün deyil, həm də bizim mübarizəmizin davam etməsidir. İkinci Qarabağ müharibəsi təkcə torpaqların işğaldan azad edilməsi, Xocalının qisası deyil, həm də vaxtı ilə babalarımızın vuruşduğu nasizmə qarşı müharibə idi. Təəssüflər olsun ki, biz bu gün Rusiyada ikili standartlı yanaşmanı görürük. Haqlı mövqeyi olan azərbaycanlı jurnalist işini itirir, lakin Azərbaycanı açıq təhqir edən deputat Vitali Milonov barəsində heç bir tədbir görülmür. Milonovun Azərbaycana münasibətdə nasist fikirlərinə Rusiya cəmiyyəti tərəfindən heç bir qiymət verilmədi".  

M.Şevçenko Xocalı faciəsinin nasistlərin törətdiyi hərbi cinayət olduğunu söyləyib: "Onlar bunu ərazinin etnik təmizlənməsi üçün etmişdilər. Bu cür cinayətlərə Nürnberq tribunalında baxılır. Xocalı cinayəti də öz qiymətini almalıdır. Hesab edirəm ki, beynəlxalq səviyyədə buna qiymət verilməlidir. Bu, azərbaycanlılarla ermənilər arasındakı məsələ deyil. Əminəm ki, bir çox ermənilər Xocalı faciəsinin detallarını biləndən sonra ona nifrətlə baxacaqlar. Düşünürəm ki, erməni xalqı Xocalıda nasistlərin törətdiklərini biləndən sonra həmin qüvvələrdən imtina edəcəklər. Ona görə də, nə qədər ki, Xocalının beynəlxalq səviyyədə tanınmasına nail olmamışıq, bu günü biz hər gün xatırlamalıyıq. Bu, ermənilərin əleyhinə, azərbaycanlıların xeyrinə deyil, bu, nasizmin əleyhinə, insanlığın və ədalətin lehinədir".

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı like
  • 28 Fev 12:59  
Digərləri Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı

Fevralın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarş

arrow Ətraflı
Erməni müxalifəti növbəti mitinqin gününü elan etdi like
  • 28 Fev 12:52  
Dünya Erməni müxalifəti növbəti mitinqin gününü elan etdi

Ermənistandakı "Vətəni xilas hərətakı"nın növbəti mitinqi 1

arrow Ətraflı
Səhmanın minaya düşərək ölməsi xəbəri doğru deyil like
  • 28 Fev 12:50  
Siyasət Səhmanın minaya düşərək ölməsi xəbəri doğru deyil

Müdafiə Nazirliyi hərbi qulluqçumuzun həlak olması barədə məlumata ayd

arrow Ətraflı
Berlində Xocalı anıldı  FOTO like
  • 28 Fev 12:33  
Siyasət Berlində Xocalı anıldı FOTO

Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımı anılıb.

arrow Ətraflı
Martın 1də hava necə olacaq? like
  • 28 Fev 12:15  
Digərləri Martın 1də hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük t

arrow Ətraflı
Kamran Musayevin qızının ölüm səbəbi məlum oldu like
  • 28 Fev 12:14  
Digərləri Kamran Musayevin qızının ölüm səbəbi məlum oldu

Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxanan

arrow Ətraflı
Somerin restoranına böyük mükafat verildi like
  • 28 Fev 12:07  
Digərləri Somerin restoranına böyük mükafat verildi

Türkiyədə yayımlanan "Masterchef" verilişinin münsiflərindən

arrow Ətraflı
O gündən bir il keçir... like
  • 28 Fev 12:01  
Digərləri O gündən bir il keçir...

Azərbaycanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ö

arrow Ətraflı
İntihar edən tələbə ilə bağlı açıqlama like
  • 28 Fev 11:48  
Digərləri İntihar edən tələbə ilə bağlı açıqlama

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ötən gün int

arrow Ətraflı
Tərxis olunmasına 1 ay qalmış əsgər şəhid oldu  FOTO like
  • 28 Fev 11:41  
Siyasət Tərxis olunmasına 1 ay qalmış əsgər şəhid oldu FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman

arrow Ətraflı
Bakıda fəhlə iş yerində öldü like
  • 28 Fev 11:35  
Digərləri Bakıda fəhlə iş yerində öldü

Bakının Yasamal rayonunda ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib  FOTO like
  • 28 Fev 11:28  
Siyasət Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland-Belçika Az

arrow Ətraflı