“Dumanın yeni tərkibi Xocalı faciəsinin soyqırım aktı kimi qəbul edilməsi təşəbbüsü ilə çıxış edə bilər”


Siyasət 28 Fev 2021 12:39:00 84 0

“Dumanın yeni tərkibi Xocalı faciəsinin soyqırım aktı kimi qəbul edilməsi təşəbbüsü ilə çıxış edə bilər”

Elə cinayətlər var ki, onları bağışlamaq və unutmaq mümkün deyil. Xocalı faciəsi məhz bu cinayətlərdəndir.

Son.az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

İ. Korotçenko deyib ki, Xocalıda müharibə zonasını tərk etməyə məcbur olan tamamilə dinc sakinləri, qaçqınları, qocaları, qadınları, uşaqları, bir sözlə günahsız insanlar nümunəsi olmayan qəddarlıqla və məqsədli şəkildə qətlə yetiriblər: "Bu əməllərə görə cəza mütləq lazımdır. Bu cəza ona görə lazımdır ki, belə vəhşi cinayətlər nə bizim həyatımızda, nə də gələcək nəsillərin həyatında bir daha təkrarlanmasın".

O, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq tribunalın yaradılmasının vacibliyini vurğulayıb: "Təəssüflər olsun ki, biz ikinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən törədilən vəhşilikləri də gördük. Müharibə zonasından yüzkilometrlərlə uzaqda yerləşən Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirilməsi də Xocalı faciəsi kimi çirkin, insanlıqdan kənar addım idi. Bu mənada beynəlxalq ictimaiyyət üçün, Rusiya və digər ölkələrin vətəndaşları üçün sözsüz ki, Xocalı faciəsinin sənədləri və təfərrüatları maksimal dərəcədə əlçatan olmalıdır. Bir sıra beynəlxalq hüquqşünaslar tam əsasla Xocalıda baş verənləri soyqırım aktı kimi tövsif edirlər. Aydındır ki, beynəlxalq və nüfuzlu təşkilatların tribunalarından bu faciənin soyqırım aktı kimi qəbul edilməsi çox vacibdir. İstisna etmirəm ki, Dövlət Dumasının yeni tərkibi, bildiyiniz kimi qanunverici hakimiyyətin ali orqanına Rusiyada seçkilər sentyabrda keçiriləcək, Rusiya parlamentinin Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi təşəbbüsü ilə çıxış edə bilər. Bu faciənin detallarının və əsas cinayətkarlarının müəyyən edilməsi çox vacibdir. Ermənistan tərəfindən kimin bu siyasi qərarı verdiyini, kimin bu cinayətkar əmri icra etdiyini, kimin bu vəhşi cinayəti törətdiyini müəyyən etmək lazımdır. Müvafiq olaraq bu sənədlər ictimaiyyətə açıqlanmalıdır. Avropanın müvafiq strukturlarından tələb olunmalıdır ki, söz və mühakimələrlə yanaşı cəzanın konkret hüquqi mexanizmləri işə düşsün. Xocalıda soyqırımı aktını törədən hərbi cinayətkarlar cəzalarını almalıdırlar. Necə ki, keçmiş Yuqoslaviyada məlum hadisələr zamanı eyni ilə dinc sakinlərin kütləvi qətllərinə görə cəzalar verilmişdi. Çox vacibdir ki, XXI əsrdə heç yerdə bu cür cinayətlər təkrarlanmasın. Bunun üçün isə bir daha təkrar edirəm ki,  ədalətli cəza lazımdır. Cəzanın qaçılmazlığı və gec-tez cinayətkarların törədilmiş cinayətlərə görə məsuliyyət daşıyacağını başa düşməsi bu cür cinayətlərin təkrarlanmaması üçün ən çəkindirici amil olacaq".

İ. Korotçenko insanlığa qarşı törədilmiş cinayətlərin zaman müddətinin olmadığını vurğulayıb: "Bu, o deməkdir ki, deyilən cinayətə görə cinayətkar müəyyən olunub, saxlanılıb və məhkəməyə verilibsə, nə yaş, nə də ki digər vəziyyətlər onun bu cəzadan yayınmasına səbəb ola bilməz. Hesab edirəm ki, Xocalı cinayətini törədənlər İnterpoll və cinayətkarların axtarışı ilə məşğul olan digər beynəlxalq təşkilatların xətti ilə axtarışa verilməlidir, onlar dərhal saxlanılmalı və məhkəməyə çıxarılmalıdırlar.

Bu gün bu kədərli gündə demək istəyirəm ki, Rusiya ictimaiyyəti və ekspert cəmiyyəti bu tarixi xatırlayır, azərbaycanlı dostlarla, onların qiymətləndirmələri ilə həmrəydir. Düşünürəm ki, nə Azərbaycan tarixində, nə də dünya tarixində bir daha bu cür faciələrin baş verməməsi üçün Xocalı soyqırımı və bu faciənin qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq".

Berlində Xocalı anıldı  FOTO like
  • 28 Fev 12:33  
Siyasət Berlində Xocalı anıldı FOTO

Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımı anılıb.

arrow Ətraflı
Martın 1də hava necə olacaq? like
  • 28 Fev 12:15  
Digərləri Martın 1də hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük t

arrow Ətraflı
Kamran Musayevin qızının ölüm səbəbi məlum oldu like
  • 28 Fev 12:14  
Digərləri Kamran Musayevin qızının ölüm səbəbi məlum oldu

Azərbaycanın tanınmış ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxanan

arrow Ətraflı
Somerin restoranına böyük mükafat verildi like
  • 28 Fev 12:07  
Digərləri Somerin restoranına böyük mükafat verildi

Türkiyədə yayımlanan "Masterchef" verilişinin münsiflərindən

arrow Ətraflı
O gündən bir il keçir... like
  • 28 Fev 12:01  
Digərləri O gündən bir il keçir...

Azərbaycanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ö

arrow Ətraflı
İntihar edən tələbə ilə bağlı açıqlama like
  • 28 Fev 11:48  
Digərləri İntihar edən tələbə ilə bağlı açıqlama

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ötən gün int

arrow Ətraflı
Tərxis olunmasına 1 ay qalmış əsgər şəhid oldu  FOTO like
  • 28 Fev 11:41  
Siyasət Tərxis olunmasına 1 ay qalmış əsgər şəhid oldu FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman

arrow Ətraflı
Bakıda fəhlə iş yerində öldü like
  • 28 Fev 11:35  
Digərləri Bakıda fəhlə iş yerində öldü

Bakının Yasamal rayonunda ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib  FOTO like
  • 28 Fev 11:28  
Siyasət Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland-Belçika Az

arrow Ətraflı
Avtobusla "avtoşluq" edən sürücü həbs edildi  FOTO like
  • 28 Fev 11:22  
Kriminal Avtobusla "avtoşluq" edən sürücü həbs edildi FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsin

arrow Ətraflı
Bıçaq yaraları alan kişi xəstəxanaya yerləşdirildi like
  • 28 Fev 11:15  
Kriminal Bıçaq yaraları alan kişi xəstəxanaya yerləşdirildi

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Marsda nəhəng tornadoların like
  • 28 Fev 11:09  
Dünya Marsda nəhəng tornadoların

"ExoMars-2016" missiyasının Rusiya-Avropa "Trace Gas Orbiter&qu

arrow Ətraflı
Avtomobilin vurduğu piyada xəstəxanada öldü like
  • 28 Fev 11:02  
Digərləri Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı