Türkiyədən Yunanıstana keçməyə çalışan PKK üzvləri yaxalandı


Dünya 28 Fev 2021 10:36:00 140 0

Türkiyədən Yunanıstana keçməyə çalışan PKK üzvləri yaxalandı

Türkiyədən qaçaq yolla Yunanıstana keçmək istəyən PKK üzvləri saxlanılıb. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ölkəmizdən qanunsuz yolla Yunanıstana keçməyə çalışan 3 nəfər sərhəd bölmələrimiz tərəfindən tutuldu. Meriç rayon Jandarm İdarəsinə təhvil verilənlərin terrorçu PKK təşkilatının üzvləri olduqları müəyyən edildi", - nazirlikdə bildirilib. (musavat.com)