Yeniyetməni amansızca döydülər:


Kriminal 28 Fev 2021 10:17:00 116 0

Yeniyetməni amansızca döydülər:

Gədəbəydə 15 yaşlı yeniyetmə döyülüb.

Son.az APA-ya istinadən bildirir ki, rayon sakini, 2004-cü il təvəllüdlü Əsgərov Zaur Arzu oğlu sol qolunun sınığı və bədəninə yetirilmiş müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, yeniyetmə tanıdığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.