Xəzər dənizində yeni neft yatağı kəşf edildi


Digərləri 28 Fev 2021 01:08:00 133 0

Xəzər dənizində yeni neft yatağı kəşf edildi

Xəzər dənizində yeni neft ehtiyatları aşkarlanıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Manqıstav əyalətində neft axtarışları ilə məşğul olan "Meridian Petroleum" şirkəti Xəzər dənizinin Qazaxıstana məxsus sektorunda yeni bir neft yatağı tapdıqlarını açıqlayıb.

Şirkətin rəhbəri Baltabek Kuandikov yeni neft yatağının kəşfini Qazaxıstan üçün "tarixi bir hadisə" adlandırıb.

"Bu neft yatağı bölgənin sosial və iqtisadi yüksəlişini gücləndirəcək və daha çox məşğulluq yaradacaq", - əyalətin valisi Serikbay Trumov deyib.