Ermənistanın Müdafiə Nazirliyi: "Çevriliş etmək istəmirik"


Siyasət 27 Fev 2021 22:08:00 128 0

Ermənistanın Müdafiə Nazirliyi: "Çevriliş etmək istəmirik"

Ermənistanın Müdafiə Nazirliyi ölkədəki çox gərgin daxili siyasi vəziyyətlə bağlı bəyanat yayıb.

Son.az Ermənistan mediasına istinadən bildirir ki, Müdafiə Nazirliyi ölkədə dövlət çevrilişi etmək niyyətində olmadığını bəyan edib.

"Silahlı Qüvvələr adından bəyanatlar yaymaqdan çəkinməyə və ordunu siyasi proseslərə cəlb etməməyə çağırırıq. Silahlı Qüvvələr respublikanın təhlükəsizliyinin tam təminatı ilə bağlı funksiyalarını yerinə yetirməyə davam edir. Siyasi proseslərdən asılı olmayaraq xalqın və dövlətin maraqları naminə xidmət edirik. Müdafiə Nazirliyi və Silahlı Qüvvələr siyasətdən kənardır, müdafiə sahəsində islahatlar və modernləşdirmə istiqamətində addımlar atır", - sənəddə vurğulanır.