Bəhram Bağırzadənin sosial şəbəkə hesabı oğurlandı


Şou-biznes 27 Fev 2021 15:36:00 135 0

Bəhram Bağırzadənin sosial şəbəkə hesabı oğurlandı

Bir neçə saat bundan qabaq "Instagram" sosial şəbəkdəki hesabım oğurlanıb.

Son.az xəbər verir ki, bu barədə Oxu.az-a Bəhram Bağırzadə özü məlumat verib. 

O bildirib ki, daha əvvəl də "Instagram" hesabına bir neçə dəfə hücum olub:

"Düşünürəm ki, bu, "qonşular" (ermənilər) tərəfindən edilib. Bir neçə dəfə bu barədə təhdidlər gəlirdi. Hazırda Azərbaycanın haker və İT mütəxəssisləri bu işin üzərində çalışır. Əlimizdən gələni edirik ki, hesabı geri qaytaraq".