Xudavəng monastrı ermənilərə məxsus deyil


Digərləri 26 Fev 2021 13:34:00 137 0

Xudavəng monastrı ermənilərə məxsus deyil

Xudavəng monastrı ermənilərə məxsus deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov deyib.

O deyib ki, bu barədə Agentlik tərəfindən xüsusi axtarış və tədqiqatlar aparılır: "Onun tikildiyi ərazi, monastır kompleksi barədə qədim mənbələrdə məlumatlar var. Bunlar qədim mənbələrdə "svordik" kimi göstərilən suvarların ərazilərində tikilib. Qədim yazılı abidələri götürsək, bunun kimə məxsus olduğunu görəcəyik. Biz hər il beynəlxalq konfranslar təşkil edir, abidələrin bizə məxsus olduğunu beynəlxalq aləmin nəzərinə çatdırır, bu məsələləri işıqlandırırıq".