Şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı


Siyasət 26 Fev 2021 12:21:00 139 0

Şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı

Azərbaycan xalqı 29 ildir ki, Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edir. Azərbaycan xalqı 44 günlük müharibədə böyük qələbədən sonra bu il Xocalı faciəsi qurbanlarının xatirəsini yad edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamsında deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan torpaqları uğrunda şəhid olmuş insanların, o cümlədən Xocalı faciəsində şəhid olmuş insanların qisası yerdə qalmadı: "Həm torpaqlarımız işğaldan azad edildi, həm erməni faşizminə layiqli cavab verildi.

Xocalı faciəsi bizim üçün qan yaddaşıdır, eyni zamanda dünya üçün erməni faşizminin əsl sifətini göstərir. Biz Xocalı soyqırımı və digər qətliamlar əsasında bütün dünyaya erməni faşizminin, erməni millətçiliyinin əsl üzünü göstərməliyik".