Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır


Siyasət 26 Fev 2021 13:06:00 63 0

Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır

Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən səsləndirib.

Dövlətimizin başçısı deyib: "İyirmi il ərzində Koçaryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki onlar torpaqlarımızı nə qədər çox işğal altında saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və açıq şəkildə dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın. Ondan sonra bölgədə iş birliyi də, əməkdaşlıq da olar bilər və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər".

Prezident qeyd edib ki, Ermənistanda indi tam böhran vəziyyəti hökm sürür. "Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibari ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki bir həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar", - deyə Prezident əlavə edib.

Azərbaycanın yeni reallıqlar yaratdığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistanın qarşısında indi bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər.

Son.az 

Qarabağın minalanmış əraziləri like
  • 26 Fev 13:04  
Digərləri Qarabağın minalanmış əraziləri

Rusiya KİV: Ermənistan əbəs yerə yüz milyonlarla dollar xərcləyib

arrow Ətraflı
İranın səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib like
  • 26 Fev 12:54  
Siyasət İranın səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşı

arrow Ətraflı
Prezident İlham Əliyev: Erməni əsgərləri iki ahıl insanı kənddə qoyub qaçmışdılar like
  • 26 Fev 12:51  
Siyasət Prezident İlham Əliyev: Erməni əsgərləri iki ahıl insanı kənddə qoyub qaçmışdılar

Erməni əsgərləri iki ahıl insanı kənddə qoyub qaçmışdılar.

arrow Ətraflı
Gəncə qətliamına həsr olunmuş layihə like
  • 26 Fev 12:49  
Digərləri Gəncə qətliamına həsr olunmuş layihə

Azərbaycanın "Junior Eurovision -2018" təmsilçisi Fidan Hüseynova

arrow Ətraflı
Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi like
  • 26 Fev 12:45  
Dünya Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı

arrow Ətraflı
Xocalının dərdini danışan gül like
  • 26 Fev 12:44  
Digərləri Xocalının dərdini danışan gül

Qanayaraq qopan ləçəyi ölümü təcəssüm edir

arrow Ətraflı
Azad Rəhimovun vəziyyəti necədir? like
  • 26 Fev 12:41  
Digərləri Azad Rəhimovun vəziyyəti necədir?

Gənclər və İdman naziri Azad Rəhimovun vəziyyəti yaxşılaşır.

arrow Ətraflı
Tonlarla soğan anbarlarda çürüyür like
  • 26 Fev 12:39  
Digərləri Tonlarla soğan anbarlarda çürüyür

Şəmkirli fermerlər bu il əkdikləri soğanı sata bilməməkdən gileylənir

arrow Ətraflı
Goranboyun Ağcakənd qəsəbəsində Xocalı qurbanları anılıb  FOTO like
  • 26 Fev 12:37  
Digərləri Goranboyun Ağcakənd qəsəbəsində Xocalı qurbanları anılıb FOTO

Goranboyda xocalıların məskunlaşdığı Ağcakənd qəsəbəsində soyqırı

arrow Ətraflı
Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib like
  • 26 Fev 12:34  
Siyasət Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Qazaxıstanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü

arrow Ətraflı
Qisası qiyamətə qalmayan tarix like
  • 26 Fev 12:30  
Siyasət Qisası qiyamətə qalmayan tarix

Artıq bir dəfə Xocalı soyqırımı (1992) törətmək təcrübəsi olan Erm

arrow Ətraflı