Bakıda Xocalıyla bağlı kompozisiya


Digərləri 26 Fev 2021 13:09:00 146 0

Bakıda Xocalıyla bağlı kompozisiya

Bakının Qaradağ rayonunda məcburi köçkünlərin yaşadığı "Qobu Park" yaşayış kompleksində Xocalı faciəsinin qurbanları anılıb.

Son.az xəbər verir ki, yaşayış kompleksinin binalarının sakinləri soyqırım qurbanlarının xatirəsini işıqlı kompozisiya ilə anıblar.

Sakinlər gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Qeyd edək ki, kompozisiya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.