Goranboyun Ağcakənd qəsəbəsində Xocalı qurbanları anılıb FOTO


Digərləri 26 Fev 2021 12:37:00 140 0

Goranboyun Ağcakənd qəsəbəsində Xocalı qurbanları anılıb  FOTO

Goranboyda xocalıların məskunlaşdığı Ağcakənd qəsəbəsində soyqırımın 29-cu ildönümü ilə bağlı mərasim keçirilib.

Son.az bildirir ki, mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərəm Quliyev, Xocalı RİH-nin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanların əməkdaşları, Milli Qəhrəmanlar, şəhid ailələri, rayon ictimaiyyəti və faciənin canlı şahidləri iştirak ediblər.

Mərasim iştirakçıları Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Ağcakənd qəsəbəsində Xocalıdan köçkün düşmüş 300 ailə məskunlaşıb.