Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər


Siyasət 26 Fev 2021 12:12:00 182 0

Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər

Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, gün gələcək Xocalıda yurdlarından didərgin düşən insanlar öz torpaqlarına qayıdacaqlar:

"Xocalı qətliamının günahkarları, insanlara qarşı vəhşilik törədənlər öz cəzalarını çəkməlidirlər. Artıq müzəffər Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edib. İnşallah yaxın zamanda Xocalıdan didərgin düşən şəxslər öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq".