Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq


Digərləri 26 Fev 2021 11:25:00 107 0

Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Bu gün Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlarda fit veriləcək. Sükut saat 17:00 - da olacaq.