Gürcüstanda ötən sutka 10 nəfər koronavirusdan ölüb


Dünya 26 Fev 2021 11:44:00 121 0

Gürcüstanda ötən sutka 10 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 337 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  270 137, ölənlərin sayı isə 3 485

Virusa yoluxanlardan 264 047 nəfərin sağaldığı bildirilir.

Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiqlənməsindən 1 il ötür.