Xocalı sakinlərinə kompensasiyaların verilməsi ilə bağlı işlər görülür


Siyasət 26 Fev 2021 12:07:00 120 0

Xocalı sakinlərinə kompensasiyaların verilməsi ilə bağlı işlər görülür

Xocalı faciəsini törədənlərə qarşı Azərbaycan istintaq orqanları tədbirləri davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq cinayət işlərinin istintaqı davam etdirilir:

"Azərbaycanın istintaq orqanları Ermənistanın həm hərbi, həm siyasi rəhbərləri barədə cinayət işi qaldırıb. Proses davam edir. Xocalı sakinlərinə dəymiş ziyanla bağlı kompensasiyaların verilməsi ilə bağlı işlər görülür"