"Dünya bu vəhşiliyə sussa da, haqq yerini tapdı"


Digərləri 26 Fev 2021 11:54:00 101 0

"Dünya bu vəhşiliyə sussa da, haqq yerini tapdı"

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür.

Son.az axşam.az-a istinadən bildirir ki, bunla bağlı sosial şəbəkədə yüzlərlə paylaşım edilib. Onlar arasında sənət aləminin tanınmış simaları da yer alıblar. Onlar yayımladıqları fotolara Azərbaycan və ingilis dilində şərhlər yazıblar.

Aktyor Fərda Xudaverdiyev paylaşımında "Unutma, unutdurma... Əminəm ki, nəhayət ruhunuz şaddır. Dünya bu haqsızlığa, vəhşiliyə sussa da, Azərbaycan xalqı susmadı. Ali Baş Komandanın, yenilməz odurmuzun köməkliyi ilə haqq yerini tapdı" sözlərini əlavə edib.

Müğənni Elvin Abdullayev "Allah hər birinə rəhmət etsin. Sizlər heç bir zaman unudulmayacaqsınız!" deyə, yayımladığı fotoya yazıb.

Aparıcı Lalə Azərtaş isə "Xocalı faciəsi - 26 fevral, 1992-ci il. Uşaqlı, cavanlı və qocalı... Heç bir zaman unutmayacağıq" sözləri ilə bu günü xatırlayıb.