Yas və toyların bərpası ilə bağlı


Digərləri 26 Fev 2021 11:55:00 162 0

Yas və toyların bərpası ilə bağlı

Dini mərasimlər və toyların bərpası ilə bağlı müvafiq addımlar atılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir:

"Həmin qurum mütəxəssislərin pandemiya ilə bağlı rəyini nəzərə alaraq mərasimlərin keçirilməsi barədə qərarlar qəbul edəcək"