Azərbaycanda İnsanlığa sığmayan vəhşilik


Digərləri 26 Fev 2021 11:45:00 98 0

Azərbaycanda İnsanlığa sığmayan vəhşilik

Azərbaycanın Gədəbəy rayonunun Saratovka kəndində insanlığa sığmayan vəhşilik qeydə alınıb.

Son.az baku.ws-ə istinadən bildirir ki, kənd sakinləri atın ayaqlarını bağlayaraq onu ağacdan asıblar.

Adları məlum olmayan sakinlər bu əməli heyvanın onların buğda sahəsinə girdikləri üçün ediblər. baku.ws atın yiyəsi olan şəxslə əlaqə saxlayaraq hadisənin təfərrüatlarını öyrənib. Məlum olub ki, at Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğluna məxsus olub.

Tovuz sakini bildirib ki, atı Gədəbəy sakinləri tərəfindən vəhşicəsinə öldürüblər və bununla əlaqədar polisə müraciət edib:

"Mən Tovuz sakiniyəm, Gədəbəylə sərhəd kənddə qalıram. 3 gün bundan qabaq iki atımı həyətə buraxmışdım. Onlardan biri dağı aşaraq Gədəbəy tərəfə keçib. Sonra hər yerə qar yağdı və atların ardınca gedə bilmədik. Sırağagün atamla gedib atları axtarsaq da, tapa bilmədik.