Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir


Siyasət 26 Fev 2021 10:56:00 126 0

Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir

44 günlük müharibədən sonra regionda yeni reallıq yaranıb, yeni əməkdaşlıq imkanları mövcuddur, lakin biz yenə də Ermənistanın düşmənçilik ritorikasının, hərbi cinayətlərə əl atmasının şahidi oluruq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov 10 noyabr bəyanatı imzalanandan sonra işğaldan azad edilmiş ərazilərə terrorçu qrupların göndərilməsini xatırladıb: "Terrorçu qruplar işğaldan azad edilmiş ərazilərdə ağır cinayət törədib və təbii ki, ordumuz tərəfindən zərərsizləşdirilib".

Nazir vurğulayb ki, Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarıdır: "Lakin Ermənistan tərəfindən düşmənçilik ritorikası davam etməkdədir".