ABŞ İranın hərbi obyektlərinə aviazərbələr endirdi


Dünya 26 Fev 2021 09:14:00 116 0

ABŞ İranın hərbi obyektlərinə aviazərbələr endirdi

"ABŞ Silahlı Qüvvələr prezident Co Baydenin göstərişi ilə Suriyanın şərqində İran tərəfdarı olan qrupların hədəflərinə hava zərbələri endirib".

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Con Kirbin TASS-a açıqlamasında bildirib.

Pentaqon təmsilçisi əlavə edib ki, bu hücum İraqdakı ABŞ və və koalisiyaya qüvvələrinə məxsus obyektlərə bir neçə gün əvvəl edilən zərbələrin cavabı idi: "Hava zərbələr nəticəsində "Kataib Hizbullah" və "Kataib Seyyid aş-Şuhad" da daxil olmaqla, sözügedən qruplaşmaların çoxsaylı obyektləri məhv edilib".

Son.az