Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb


Dünya 26 Fev 2021 07:55:00 126 0

Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 73 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 358 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 9 572 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 674 766 nəfərə çatıb.