Göygöldə tikili yanıb


Digərləri 25 Fev 2021 21:12:00 140 0

Göygöldə tikili yanıb

Göygöl rayonunda vaqon tipli tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Balçılı kəndində ümumi sahəsi 32 m² olan vaqon tipli tikilinin taxtadan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.