Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir


Siyasət 25 Fev 2021 20:16:00 65 0

Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir

Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Çox şadam ki, sizin şirkətlə Azərbaycandakı tərəfdaşlarınız arasında əməkdaşlıq çox uğurla davam edir. Davosda razılaşdırdığımız kimi, siz ölkəmizdə çox mühüm layihələri həyata keçirirsiniz. Biz bütün müzakirə etdiklərimiz və razılığa gəldiyimiz məsələləri icra edirik. Mənə bu yaxınlarda məlumat verilmişdir ki, Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsi uğurla davam edir, yaxşı nəticələr əldə olunur, elektrik enerjisinin qənaəti yaxşı səviyyədədir. Bu, çox mühümdür. Çünki bizim ötən dəfə müzakirə etdiyimiz kimi, Ona görə də xatırladığınız kimi, Bakıda biz əsas diqqəti küçə işıqları olmayan küçələrə yönəltməyi qərara aldıq. Sumqayıtda, eləcə də Şamaxıda siz layihəni tamamilə üzərinizə götürdünüz. Əminəm ki, belə şəhərlər daha çox olacaq. Çünki biz artıq yaxşı nəticələr görürük.

Biz artıq səmərəliliyi görürük. Ötən dəfə müzakirə etdiyimiz kimi, biz bu texnologiyaları yalnız küçələrin işıqlandırılması sektorunda deyil, həm də digər sektorlarda tətbiq edə bilərik - xüsusilə azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən "ağıllı şəhərlər", "ağıllı kəndlər" sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq. Bir daha yalnız müzakirələr və yeni ideyaların inkişaf etdirilməsi baxımından deyil, həm də təmasların qurulması baxımından Davos görüşünün əhəmiyyətini vurğulayıram. Sizi yenidən görməyə çox şadam".

Süni intellekt bazarının dəyəri 500 milyard dollara çatacaq like
  • 25 Fev 20:15  
Digərləri Süni intellekt bazarının dəyəri 500 milyard dollara çatacaq

IDC analitik şirkətinin məlumatına görə, qlobal süni intellekt (Sİ) baza

arrow Ətraflı
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var like
  • 25 Fev 20:12  
Digərləri Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var

Son zamanlar media sahəsində bir sıra yeni və münbit islahatlar mexanizmin

arrow Ətraflı
“AMD” qrafikli “Samsung Exynos” prosessorları yayda nümayiş olunacaq like
  • 25 Fev 20:10  
Digərləri “AMD” qrafikli “Samsung Exynos” prosessorları yayda nümayiş olunacaq

İnternet mənbələrində "AMD" məhsuldarlıq qrafikası ilə təchi

arrow Ətraflı
Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı olub like
  • 25 Fev 20:03  
Dünya Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı olub

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmka

arrow Ətraflı
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26na olan cədvəli like
  • 25 Fev 19:51  
Digərləri Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26na olan cədvəli

"ARB Günəş" telekanalında yayımlanan peşə təhsili üzrə "

arrow Ətraflı
“5G” şəbəkəsinin sürətli qatarda sınağı keçirilib like
  • 25 Fev 19:50  
Digərləri “5G” şəbəkəsinin sürətli qatarda sınağı keçirilib

Yaponiyanın "East Japan Railway" dəmiryolu şirkəti "NTT Docom

arrow Ətraflı
Dəriyə qulluq like
  • 25 Fev 19:45  
Digərləri Dəriyə qulluq

Dəri orqanizmimizin ən geniş sahəsi olan orqanıdır. Ancaq heç birimiz ona

arrow Ətraflı
"Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir" like
  • 25 Fev 19:31  
Siyasət "Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir"

Sabah Azərbaycan xalqı böyük hüznlə Xocalı soyqırımının 29-cu ildön

arrow Ətraflı
Saçlar və faydalı bitki yağları like
  • 25 Fev 19:30  
Digərləri Saçlar və faydalı bitki yağları

Yerfındığı yağı. Saç və saç dərisini nəmləndirir. Ən çox saç kə

arrow Ətraflı
Kəsmikli umaclı piroq respti  VİDEO like
  • 25 Fev 19:29  
Digərləri Kəsmikli umaclı piroq respti VİDEO

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət ediblər like
  • 25 Fev 19:25  
Siyasət Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət ediblər

Finlandiya Azərbaycanlıları Assosiasiyası və Azərbaycanlı Qadınlar Cəmi

arrow Ətraflı
Paşinyan müxalifəti danışıqlar masasına çağırdı like
  • 25 Fev 19:24  
Dünya Paşinyan müxalifəti danışıqlar masasına çağırdı

Yerevanda Baş nazir Nikol Paşinyanın tərəfdarlarının yürüşü başa ça

arrow Ətraflı
"Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır" like
  • 25 Fev 19:23  
Siyasət "Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır"

XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 29 il ötür.

arrow Ətraflı
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb  FOTO like
  • 25 Fev 19:21  
Siyasət Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb FOTO

Xarici işlər naziri Ceyhun Bayramov İsrailin ölkəmizdəki səfiri Corc Diki

arrow Ətraflı