Paşinyan müxalifəti danışıqlar masasına çağırdı


Dünya 25 Fev 2021 19:24:00 110 0

Paşinyan müxalifəti danışıqlar masasına çağırdı

Yerevanda Baş nazir Nikol Paşinyanın tərəfdarlarının yürüşü başa çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan hökumətin bugünkü missiyasının başa çatdığını bəyan edib:

"Biz bu dəqiqədən etibarən aksiyanı dayandırırıq və müxalifətdən olan həmkarlarımızı da buna çağırırıq, onları bizimlə birlikdə danışıqlar masasına oturmağa dəvət edirik".

Paşinyan bildirib ki, bu gün Respblika meydanındakı mitinqdən sonra ona xalqın mövqeyi də aydın oldu:

"Biz xalqın mövqeyini öyrənmiş olduq. Onlar bu gün Respublika meydanında bizimlə birlikdə olan minlərlə insandır. Mən hamıya bir şeyi söz verirəm - daha "məxmər" olmayacaq".