Bayden "Greencard"la bağlı məhdudiyyətləri aradan qaldırdı


Dünya 25 Fev 2021 14:57:00 130 0

Bayden "Greencard"la bağlı məhdudiyyətləri aradan qaldırdı

ABŞ prezidenti Co Bayden "Greencard"la bağlı məhdudiyyətləri ləğv edib.

Son.az unikal.org-a istinadən bildirir ki, Bayden bu məhdudiyyətlərin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bəyan edib.

Sözügedən məhdudiyyətlər Tramp dönəmində qüvvəyə minmişdi. Sabiq ABŞ prezidenti bu məhdudiyyətlərin ölkədə işçilərin hüquqlarını qorumaq və əmək bazarında ABŞ vətəndaşlarının mövqeyini gücləndirməyə xidmət etdiyini bildirmişdi.