Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir


Dünya 25 Fev 2021 14:32:14 128 0

Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxt İrəvanda yürüş keçirir.

Son.az APA-ya istinadən bildirir ki, yürüşdə N. Paşinyan da iştirak edir.  

N. Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.