Gürcüstanın Baş nazirinə iki müavin təyin edildi


Dünya 25 Fev 2021 14:08:00 147 0

Gürcüstanın Baş nazirinə iki müavin təyin edildi

Gürcüstanın xarici işlər naziri David Zalkaliani yenidən Baş nazirin müavini təyin edilib.

Son.az APA-ya istinadən bildirir ki, Gürcüstan hökumətinin iclasında Baş nazir İrakli Qaribaşvili bu barədə qərarı açıqlayıb.

Baş nazirin müavini vəzifələrinə XİN başçısı David Zalkaliani və maliyyə naziri İvane Maçavariani təyin olunub.