Rusiyadan Ermənistanda baş verənlərə münasibət


Dünya 25 Fev 2021 14:10:00 147 0

Rusiyadan Ermənistanda baş verənlərə münasibət

Kremldə Ermənistandakı vəziyyəti həyəcanla izləyirlər.

Son.az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistandakı vəziyyətin inkişafını həyəcanla izləyirik. Hesab edirik ki, bu, istisnasız olaraq Qafqazda bizim üçün çox vacib və yaxın müttəfiq olan Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Ermənistandakı vəziyyətə münasibət bildirərkən deyib.

Rusiya Xarici İşlər Nazirliyi də Ermənistanda baş verənləri bu ölkənin daxili işi adlandırıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.