Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib FOTO


Siyasət 25 Fev 2021 13:41:00 134 0

Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı pansionatda yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.