Soyuq hava ilə gələn problemlər VİDEO


Digərləri 25 Fev 2021 13:07:00 122 0

Soyuq hava ilə gələn problemlər  VİDEO

Son bir neçə ilin ən şaxtalı günlərindən birini yaşayırıq. Çovğunun olacağı ilə bağlı  əvvəlcədən xəbərdarlıq edilirdi. Bu xəbərdarlıq, əslində, mesaj idi. Hər kəs hazırlıq görsün. Vətəndaşından aidiyyəti qurumuna qədər. Meteroloqlar  təxmini bir aylıq yağıntının  bir günə yağdığı barədə məlumat verirlər. Bəs paytaxtda şaxtalı hava şəraitinə hazırlıq buna uyğun idimi? Bu gün sizə qarlı paytaxt Bakı, yaranan ağ mənzərə və bu ağın görünən qara tərəfini yəni çətinlikləri göstərəcəyik. Bu gün müxtəlif ünvanlarda insanlar kommunal çətinliklərlə qarşılaşıblar. Biz də istilik, qaz, su və işıqla bağlı vəziyyəti araşdırmışıq. Problem hansı ərazilərdə yaranıb və həlli istiqamətində nə kimi işlər görülüb  və hələ də görülməkdədir.

Qar yağdı, bəzi yerlərdə qaz və istilik kəsildi. Bu gün bir sıra ərazilərdə insanlar kommunal problemlərlə qarşılaşıblar.

"Azəristilik" Açıq Səhimdar Cəmiyyətinin xidmət rəisi Rafiq Əliyevin sözlərinə görə, hazırda istiliklə bağlı problem yaşanmır. Hətta havanın soyuması ilə bağlı ərazilərdə olan qazanxanaların həcminə uyğun olaraq temperatur 5-15 dərəcə artırılıb.

"Azəriqaz"dan isə bildirildi ki, bu gün ölkə ərazisində bir sıra yerlərdə qazla bağlı problem müşahidə olunsa da, amma artıq qrum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və problemlərin vaxtında həll olunması üçün işlər görülüb.

Havaların kəskin soyuması Sumqayıtda da bir sıra fəsadlara yol açıb. Ötən gecədən etibarən bəzi ərazilərdə işığın verilməsində problemlər yaşanıb. Yaşıldərə yaşayış massivində, eləcə də Saray qəsəbəsi, üzümlük yaşayış massivində ötən gecədən işıqlar sönüb.

"Azərişıq" ASC-dən bildirildi ki, havaların kəskin soyuması səbəbindən bir sıra ərazilərdə qəzalar baş verib. Bununla əlaqədar olaraq həmin ərazilərdə artıq problem yaşanır. Artıq bununla bağlı ərazilərə işçilər cəlb olunub və problemin aradan qaldırılması istiqamətində işlər gedir.