Xocalı soyqırımı 41 ölkədə anılacaq VİDEO


Siyasət 25 Fev 2021 13:23:00 163 0

Xocalı soyqırımı 41 ölkədə anılacaq  VİDEO

Xocalı qurbanlarını yad etmək üçün diasporamız konfranslar təşkil edəcək.

Pandemiyaya görə tətbiq olunan müəyyən məhdudiyyətlər səbəbi ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar geniş tərkibli tədbirlər keçirmək olmasa da Azərbaycan diasporu dünyanın 41 ölkəsində onlayn və karantin qaydalarına uyğun formada faciə qurbanlarının xatirəsini yad etmək üçün konfranslar təşkil edəcək.

Son.az bildirir ki, bunu REAL-ın Türkiyə bürosuna diasporla iş üzrə dövlət komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib.