Nazirlikdən İTVdə polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı


Digərləri 25 Fev 2021 13:28:00 152 0

Nazirlikdən İTVdə polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bir neçə gün öncə "İctimai" televiziyada polisin fəaliyyətini tənqid edən materialla bağlı açıqlama verib.

Son.az xəbər verir ki, xidmət rəisi Trend-ə açıqlamasında bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də "İctimai" televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər:

"Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən "İctimai" televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən "İctimai" televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir.