Bakının ən təhlükəli döngəsi Bu yolda hər həftə bir avtomobil qəzaya düşür


Digərləri 25 Fev 2021 12:12:00 144 0

Bakının ən təhlükəli döngəsi  Bu yolda hər həftə bir avtomobil qəzaya düşür

Bir müddət əvvəl Bakının hər həftə qəza baş verən küçəsi barədə məlumat vermişdik.

Son.az xəbər verir ki, sözügedən küçədə ötən gün daha bir ağır qəza baş verib. Dünən axşam saatlarında "Lexus" markalı avtomobil idarəetməni itirərək hasara çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, yolun kənarındakı hasarın iki sütunu tamamilə dağılıb. 

Bakının hər həftə qəza baş verən küçəsi... - Nə kamera var, nə tramplin, nə də nişan... - FOTOFAKT

Sərt döngəyə sürətlə girən avtomobil yerin buz bağlaması səbəbindən idarəetməni itirərək aşıb. Lakin qəzaya tək səbəb yolların buzlu olması deyil. Belə ki, Binəqədi qəsəbəsi II mədən küçəsinin, demək olar ki, qəzasız vaxtı olmur. Yol qısa və sərt döngələrdən ibarət olduğu üçün tez-tez bu ərazidə avtomobil qəzaları baş verir.  Avtomobillər divarlardan əlavə, qaz borusu və elektrik dirəklərini də zədələyib, yararsız vəziyyətə salıblar.

Ərazidə yaşayan sakinlərin dediyinə görə, sözügedən yolda tramplinin olmaması vəziyyəti olduqca çətinləşdirir. Məsuliyyətsiz sürücülər bu yol kənarında yaşayan sakinlərin özü və əmlakı üçün təhlükə yaradırlar.

"Demək olar ki, elə bir qapı, qonşu divarı qalmayıb ki, ora maşın dəyməsin. Üstəlik, ərazidə kamera olmadığına görə qəzanı hansı avtomobilin törətdiyini bilmək də olmur. İdarəetməni itirərək divara çırpılan maşınların çoxu avtomobil sürüləcək vəziyyətdə olanda hadisə yerindən qaçırlar. Nəticədə, vətəndaşın əmlakına dəymiş zərəri özü düzəltməli olur", - məhəllə sakini söyləyib.

Baş verən qəzalardan aydın olur ki, əraziyə tramplin qoyulmağı şərtdir. Əks halda bu qəzaların qarşısını almaq mümkün olmayacaq. Sakinlər bildiriblər ki, əraziyə kameranın quraşdırılmasını, trampilin qoyulmasını və yaşayış zonasını bildirən nişanlar yerləşdirilməsini səlahiyyətli qurumlardan xahiş ediblər.

Bəxtiyar Umarlı Son.az